ABŞERONDA KORRUPSİYA HƏBSLƏRİ - İdarə rəhbərliyi SAXLANDI...

 Dünən Abşeron rayonunda səs-küylü həbslər olub. 

Şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.

Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.

Əlavə məlumat verməyə çalışacağıq.






Fikirlər