Əsas Səhifə > Hadisə > Direktor 81 saylı məktəbi təmir etmək üçün şagirdlərdən pul yığır
Direktor 81 saylı məktəbi təmir etmək üçün şagirdlərdən pul yığır22-05-2022, 18:45 |
Bakı şəhər sabunçu rayon 81 saylı tam orta məktəbdə şagirdlərdən "məktəbin təmiri" adı ilə pul yığılır. Bu haqda "Azərbaycan Reallığı"na sözü gedən məktəbdə təhsil alan şagirdlərin valideynleri məlumat veriblər, adlarının çəkilməsini istəməyən valideynlər bildirirlər ki, Zabrat qəsəbəsində yerləşən 81 saylı tam orta məktəbin dirəktoru dəfələrlə müxtəlif bəhanələrlə şagirdlərdən pul yıgıb, lakin bu dəfə yığılan pullar valideynlərdə böyük təəccüb doğurub, belə ki, məktəbin direktoru Mehriban Əlizadə hər şagirddən məktəbin təmiri üçün pul yığmağı müəllimlərə tapşırmış və yığılan pulların ona çatdırılmasını tələb etmişdir.
Geri qayıt |