Direktor 81 saylı məktəbi təmir etmək üçün şagirdlərdən pul yığır - Burda mənəm, bağdadda kor xəlifə
Bakı şəhər sabunçu rayon 81 saylı tam orta məktəbdə şagirdlərdən "məktəbin təmiri" adı ilə pul yığılır. Bu haqda "Azərbaycan Reallığı"na sözü gedən məktəbdə təhsil alan şagirdlərin valideynleri məlumat veriblər, adlarının çəkilməsini istəməyən valideynlər bildirirlər ki, Zabrat qəsəbəsində yerləşən 81 saylı tam orta məktəbin dirəktoru dəfələrlə müxtəlif bəhanələrlə şagirdlərdən pul yıgıb, lakin bu dəfə yığılan pullar valideynlərdə böyük təəccüb doğurub, belə ki, məktəbin direktoru Mehriban Əlizadə hər şagirddən məktəbin təmiri üçün pul yığmağı müəllimlərə tapşırmış və yığılan pulların ona çatdırılmasını tələb etmişdir.
Mehriban Əlizadə
Yığılan pullara etiraz edən valideynlərin uşaqları isə incidilir. Mənbə bildirir ki, Mehriban Əlizadənin yüksək vəzifədə işləyən qohumu olduğu üçün, O, burda mənəm, bağdadda kor xəlifə deyərək at oynadır. Məsələ ilə bağlı 81 saylı məktəbin (012) 550 18 80 nömrəsi ilə əlaqə saxladıq, telefona emosional cavab verən xanım bildirdi ki, "narazılığınız varsa gedin Polisə şikayət edin, biz bu haqda heçnə deyə bilmərik, nə istəyirsiniz yazın, onsuzda yazmağın nə faydası var ki" deyərək fikrini tamamladı.
Bir cəmiyyəti məhv etmək üçün, onun təhsilini əlindən almaq kifayət edir. Çox təəssüflər olsun ki, ölkəmizin təhsilinə zərbə vurmağa çalışan 81 nömrəli məktəbin direktoru Mehriban Əlizadə kimi müəllimlər vardır. Ümid edirik bu yazıdan sonra Təhsil Nazirliyi araşdırma aparıb, ciddi ölçü götürəcəkdir.
"Azərbaycan Reallığı" qarşı tərəfində mövqeyini tanıyır.