Əsas Səhifə > Hadisə > “AZƏRİŞIQ”dan bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı

“AZƏRİŞIQ”dan bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı


6-03-2023, 23:13

“Azərişıq”dan bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı

 

Martın 6-da ölkənin qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb.

“Azərişıq”danAzerTaym.az-a verilən məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb.

Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq” ASC-nin mal-materiallarla təchiz edilən “Qəza xidməti” cəlb edilib.

Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir.

 


Geri qayıt