“AZƏRİŞIQ”dan bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı - AÇIQLAMA...
Martın 6-da ölkənin qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb. “Azərişıq”dan “AzerTaym.az”-a verilən məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb. Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq” ASC-nin mal-materiallarla təchiz edilən “Qəza xidməti” cəlb edilib. Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir.