"Azərişıq": "Masazır və Sarayda enerji təchizatı tam BƏRPA OLUNUB"
Bu gün səhər saatlarında Abşeron rayonunun Masazır və Saray qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilməsində yaranmış problem aradan qaldırılıb.Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, problem yaranan əraziyə dərhal "Azərişıq" ASC-nin operativ qrupu cəlb edilib və qısa müddətdə problem həll edilib:
"Problem güclü külək və leysan yağışların olması səbəbindən baş vermişdi. Məlumat daxil olan kimi, hadisə yeri müəyyənləşdirilib və dərhal problemin aradan qaldırılmasına başlanılıb. Qısa müddətdə hər iki qəsəbədə elektrik enerjisinin verilməsi bərpa olunub".