Əsas Səhifə > Hadisə > "Bu il akademiyanın inşaatına başlayacağıq"
"Bu il akademiyanın inşaatına başlayacağıq"27-05-2023, 23:58 |
Bu gün “Qarabağ”ın 10-cu dəfə Azərbaycan çempionu olması münasibəti ilə "Xəyal adaları"nda tədbir keçirilir. "AzerTaym.az" Ağdam klubunun prezidenti Tahir Gözəlin Fanat.Az-a müsahibəsini təqdim edir. - 10-cü çempionluq Azərbaycanda bir ilkdir. Bu, bizi çox sevindirir. Hiss edirəm ki, hər birimizdə bayram sevinci var. Bir klubun ardıcıl 1-2 il çempion olması ayrı bir uğurdur, amma 10 dəfə çempion olması onu göstərir ki, bu klubda dərin qələbə əzmi, birlik var. Bu hal bizi çox sevindirir. "Qarabağ"ın loqosunda bir ulduz var. Çünki UEFA-da hər beş ildən bir 1 ulduz verir. Artıq bizim loqomuz dəyişəcək və orda 2 ulduz olacaq. Bu, böyük bir nailiyyətdir. Bu gün biz zəfərimizi tam başka ruhla qeyd edirik. Çünki qələbəni azad Azərbaycanda qeyd edirik. Bu uğuru bizə belə xoşbəxtliyi yaşadan cənab prezidentimiz İlham Əliyevə, şəhidlərimizə həsr edirəm. - Komanda sizə ikinci uğuru verdi, siz komandaya ikinci büdcəni ayıracaqsınızmı? - Yeri müəyyınləşib? - Ağdamla bağlı plan varmı? “Qarabağ” artıq ulduz yetişdirən klubdur. Büdcəmiz çatan ən yaxşı cavan, istedadlı futbolçular seçiləcək. Onlarla birlikdə yenə Avropada önəmli yerlərdə qərarlaşacağıq. Uğurlu ilimiz oldu. Klubdan növbəti mövsüm daha uğurlu çıxış gözləyirəm. Bunun üçün önlərində heç bir əngəl yoxdur. Geri qayıt |