Əsas Səhifə > Hadisə > “Bayraktar” Sumqayıtda istehsal olunacaq

“Bayraktar” Sumqayıtda istehsal olunacaq


Dünən, 15:44

“Bayraktar” Sumqayıtda istehsal olunacaq

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

"AzerTaym.az" bildirir ki, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb.

Şirkət sənaye parkının ərazisində "Pilotsuz uçuş aparatları istehsalı" layihəsini həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin "Baykar" şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı nəzərdə tuturdu.


Geri qayıt