“Bayraktar” Sumqayıtda istehsal olunacaq ...
"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. "AzerTaym.az" bildirir ki, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb. Şirkət sənaye parkının ərazisində "Pilotsuz uçuş aparatları istehsalı" layihəsini həyata keçirəcək. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin "Baykar" şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı nəzərdə tuturdu.