Əsas Səhifə > Hadisə, Slayd > 10.01.2014 - Nazirlik Rusiyada həbs olunan keçmiş əməkdaşı barədə açıqlama yaydı – (Yenilənib)
10.01.2014 - Nazirlik Rusiyada həbs olunan keçmiş əməkdaşı barədə açıqlama yaydı – (Yenilənib)10-01-2014, 12:33 |
![]() Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Rusiyada tutulan keçmiş hərbi qulluqçu Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur. ![]() O, 1986-cı ildə Yaroslav Ali hərbi Maliyyə Məktəbini bitirib. 4 aprel 2011-ci ildə isə xidməti uyğunsuzluğuna görə Silahlı Qüvvələr sıralarından tərxis olunub. AzerTaym.az-ın APA-ya istinadən əldə etdiyi məlumata görə, İ. Yadiqarov Müdafiə Nazirliyinin əməkdaşı olmayıb, Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində çalışıb. Onu da qeyd edək ki, İlqar Yadigarov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir. Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin noyabrında onun tutulması üçün İnterpola müraciət edib. Geri qayıt |