10.01.2014 - Nazirlik Rusiyada həbs olunan keçmiş əməkdaşı barədə açıqlama yaydı – (Yenilənib)

10.01.2014  - Nazirlik Rusiyada həbs olunan keçmiş əməkdaşı barədə açıqlama yaydı – (Yenilənib)Azərbaycan Müdafiə Nazirliyi Rusiyada həbs olunan keçmiş hərbi qulluqçu barədə açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Rusiyada tutulan keçmiş hərbi qulluqçu Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur.
10.01.2014  - Nazirlik Rusiyada həbs olunan keçmiş əməkdaşı barədə açıqlama yaydı – (Yenilənib)
O, 1986-cı ildə Yaroslav Ali hərbi Maliyyə Məktəbini bitirib. 4 aprel 2011-ci ildə isə xidməti uyğunsuzluğuna görə Silahlı Qüvvələr sıralarından tərxis olunub.
AzerTaym.az-ın APA-ya istinadən əldə etdiyi məlumata görə, İ. Yadiqarov Müdafiə Nazirliyinin əməkdaşı olmayıb, Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində çalışıb.
Onu da qeyd edək ki, İlqar Yadigarov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.
Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin noyabrında onun tutulması üçün İnterpola müraciət edib.






Fikirlər