Əsas Səhifə > İdman > Ermənilərin yalançı qələbəsi ifşa olundu-
Ermənilərin yalançı qələbəsi ifşa olundu-11-05-2016, 20:25 |
"Moskvada baş tutan qalmaqallı qaydasız döyüş yarışının təşkilatçıları ermənilərdir"Bunu Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov deyib. Onun sözlərinə görə, OFS-8 (Octagon Fighting Sensation) turniri beynəlxalq səviyyədə tanınmır və yalnız ermənilər tərəfindən keçirilir."Yarışda Azərbaycan adında iştirak edən 19 yaşlı gənc Rusiyada yaşayan dağıstanlı idmançıdır. Bu turnirdəki teatrı ermənilər özləri düzüb-qoşublar. Döyüşən idmançının azərbaycanlı olub olmadığı da məlum deyil. Onlar yarışda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını çıxarıblar. Əgər beynalxalq səviyyəli yarış olsa idi heç o bayrağı açmağa qoymazdılar".
Rusiya Pankration (Qaydasız Döyüş) Federasiyasının rəsmisi də məsələyə münasibət bildirib və turnirin erməni təşkilatçılar tərəfindən keçirildiyini bildirib. Qeyd edək ki, ötən gün Rusiyanın paytaxtı Moskvada OFS-8 (Octagon Fighting Sensation) turniri keçirilib. Ermənilərin təşkil etdiyi yarışda erməni idmançı Albert kazaryan guya azərbaycanlı idmançı Rüstəm Murtazovu məğlub edib.(Baku.Ws)
Geri qayıt |