Ermənilərin yalançı qələbəsi ifşa olundu- RƏSMİ AÇIQLAMA-VİDEO
"Moskvada baş tutan qalmaqallı qaydasız döyüş yarışının təşkilatçıları ermənilərdir"
Bunu Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov deyib. Onun sözlərinə görə, OFS-8 (Octagon Fighting Sensation) turniri beynəlxalq səviyyədə tanınmır və yalnız ermənilər tərəfindən keçirilir.
Rusiya Pankration (Qaydasız Döyüş) Federasiyasının rəsmisi də məsələyə münasibət bildirib və turnirin erməni təşkilatçılar tərəfindən keçirildiyini bildirib.
Qeyd edək ki, ötən gün Rusiyanın paytaxtı Moskvada OFS-8 (Octagon Fighting Sensation) turniri keçirilib. Ermənilərin təşkil etdiyi yarışda erməni idmançı Albert kazaryan guya azərbaycanlı idmançı Rüstəm Murtazovu məğlub edib.(Baku.Ws)