Putinin kürəyini yerə vuran 69 YAŞLI azərbaycanlı
Bu gün Azərbaycanın tanınmış idmançısı, eyni vaxtda üç idman növü üzrə (cüdo, sambo, güləş) SSRİ idman ustası Adil Sadıqovun doğum günüdür. Ölkə.az xəbər verir ki, bu gün idmançı "Dünya" televiziyasında 69 yaşını qeyd edib. Qeyd edək ki, Sadıqovu idman tariximizə salan başqa bir məqam onun Rusiya Prezidenti Vladimir Putini məğlub etməsi olub. Məşhur idmançı həmin yarışı belə xatırlayıb: "Mən Putindən beş yaş böyüyəm. 1972-ci ildə Qorkidə Sovet ittifaqı Qəhrəmanı Talanuşkinin xatirəsinə həsr olunmuş sambo turniri keçirilirdi. İlk mərhələdə Leninqradın "Breveşnik" cəmiyyətini təmsil edən Vladimir Putinlə rəqib oldum və onu məğlub etdim. Həmin turnirdə Putin yer tuta bilmədi, mən üçüncü oldum. Sonradan Putinlə yox, amma onun məşqçisi Raxlinlə yaxın dost olduq. Deyim ki, Putin Raxlini atasından da çox istəyirdi". Xatırladaq ki, A.Sadıqov bu gün Nuranə Axundovanın aparıcısı olduğu "Bu sabah" verilişinin də qonağı olub.