İdmançımız Ukraynada çempion oldu
Ümid Məmmədzadə Ukraynada döyüşdə Azərbaycanı təmsil edib Qaydasız döyüşün `MMA` versiyası ilə məşğul olan gənc idmançı Ümid Məmmədzadə Ukraynanın Odessa şəhərində keçirilən “WORLD MMA NETWORK "MAXMIX” professional döyüşdə Azərbaycanı təmsil edib. Ü. Məmmədzadə yarışda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Qalib idmançı sevincini belə ifadə edib: “İndiyə qədər qazandığım çoxsaylı uğurlarımın sirri fasiləsiz məşqlərimdir. Mən hər zaman zəhmətimin bəhrəsini görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanırdım. Digər yarışlardakı kimi bu dəfə də qalib gələrək bayrağımızı qaldırdım. Bunu xüsusi qeyd etmək istəyirəm ki, mən hər zaman tək öz qazandığım uğurlarla yox, vətənimi ölkədən kənarda layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə fəxr edir və ürəkdən sevinirəm". (Azərtaym.az)
Qeyd edək ki, Ü. Məmmədzadə uzun müddətdir ki, qaydasız döyüş idman növü üzrə peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan Ümid Məmmədzadə qaydasız döyüş üzrə iki qat dünya çempionu, Avropa çempionu, üçqat respublika çempionu, ikiqat Bakı çempionu, Qafqaz çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi olub.