Əsas Səhifə > İdman, Slayd > İdmançı məşqdə öldü (FOTO)
İdmançı məşqdə öldü (FOTO)16-01-2015, 11:39 |
![]() ANS-in məlumatına görə, 23 yaşlı rusiyalı tennisçi qəfildən ölüb. Violetta Deqtyarevanın vəziyyəti məşq zamanı pisləşib. O ürək çatışmazlığı nəticəsində keçinib. Onun ölümü barəsində moldovalı rəfiqəsi məlumat yayıb. Violetta dünya tennisçilərinin reytinq cədvəlində cütlüklər arasında 952, tək isə 1018-ci yerdə olub. Peşəkar idman kariyerasında çıxdığı 532 oyunda 20-dən çox matçı qazanıb. Ötən ilin sonlarından isə nəticələrini daha da yüksəltməyə başlamışdı. Qeyd edək ki, dekabr ayında daha bir rus idmançı məşq zamanı keçinmişdi. MOİK-in gənc basketbolçusu Ruslan Qaqloev 17 yaşında idman hərəkətləri yrinə yetirərəkən qəfildən ölüb. ![]() Geri qayıt |