İdmançı məşqdə öldü (FOTO)
Bu ölüm Rusiya idman aləmini şoka salıb.
ANS-in məlumatına görə, 23 yaşlı rusiyalı tennisçi qəfildən ölüb. Violetta Deqtyarevanın vəziyyəti məşq zamanı pisləşib.
O ürək çatışmazlığı nəticəsində keçinib.
Onun ölümü barəsində moldovalı rəfiqəsi məlumat yayıb.
Violetta dünya tennisçilərinin reytinq cədvəlində cütlüklər arasında 952, tək isə 1018-ci yerdə olub. Peşəkar idman kariyerasında çıxdığı 532 oyunda 20-dən çox matçı qazanıb. Ötən ilin sonlarından isə nəticələrini daha da yüksəltməyə başlamışdı.
Qeyd edək ki, dekabr ayında daha bir rus idmançı məşq zamanı keçinmişdi. MOİK-in gənc basketbolçusu Ruslan Qaqloev 17 yaşında idman hərəkətləri yrinə yetirərəkən qəfildən ölüb.