27.01.2014. - Azərbaycanlı müğənninin əri 20 kq arıqlayıb şoka saldı (FOTO)

27.01.2014. -  Azərbaycanlı müğənninin əri 20 kq arıqlayıb şoka saldı (FOTO)
27.01.2014. -  Azərbaycanlı müğənninin əri 20 kq arıqlayıb şoka saldı (FOTO)

Müğənni İradə İbrahimovanın həyat yoldaşı atdığı çəkilər ilə diqqət mərkəzindədir.
AzerTaym.az yerli KİV-ə istinadən məlumat verir ki, ailəsi ilə birlikdə Türkiyədə yaşayan sənətçi həyat yoldaşı Ceyhun İzərin yeni fotosunu paylaşıb. Bu barədə şəxsi İnstaqram səhifəsində ətraflı məlumat verən ifaçı 20 kiloqram arıqlayan Ceyhuna qarşı qısqanclığını gizlədə bilməyib.

İ.İbrahimova fotonu izləyiciləri bu şərh ilə paylaşıb:
“Bu nə yaraşıqlılıqdır, Ceyhun bəy. Olmayan qısqanclıq hislərimi ortaya çıxarıram. Ceyhun çox kök olduğu üçün ilk vaxtlarda çox arıqladı. Əlbəttə ki, pəhriz və idman vasitəsilə. Ümumilikdə 20 kiloqram çəki atıb. Burada çox yaxşı dietoloq var. Onun verdiyi menyu hər həftə dəyişir”.

Qeyd edək ki, 33 yaşlı sənətçi 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzərin ilə ailə həyatı qurub. Cütlüyün bir qız övladları var.






Fikirlər