Əsas Səhifə > İdman, Slayd > Platini Blatteri hədələdi...
Platini Blatteri hədələdi...29-05-2015, 09:33 |
![]() APA-nın “”RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə UEFA prezidenti Mişel Platini bildirib. “Səsvermədə qələbə qazanmayacağımız təqdirdə FİFA-nın İcraiyyə Komitəsində iştirak etməməyimizə dair qərar qəbul edə bilərik. Qərar vermək üçün 10 gün vaxtımız olacaq”, deyə Platini mətbuat konfransında bildirib. Qeyd edək ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilib. Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar. Geri qayıt |