Platini Blatteri hədələdi...
APA-nın “”RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə UEFA prezidenti Mişel Platini bildirib.
“Səsvermədə qələbə qazanmayacağımız təqdirdə FİFA-nın İcraiyyə Komitəsində iştirak etməməyimizə dair qərar qəbul edə bilərik. Qərar vermək üçün 10 gün vaxtımız olacaq”, deyə Platini mətbuat konfransında bildirib.
Qeyd edək ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilib.
Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.