“Futbolda ağ kart tətbiq oluna bilər” – UEFA prezidenti
Futbolçuların meydanda imic və davranışını oyun qaydalarını dəyişməklə yaxşılaşdırmaq olar. Belə dəyişikliklərdən biri kimi, oyunçuların müəyyən müddətə qədər meydançadan kənarlaşdırılmasını nəzərdə tutan ağ kartın tətbiqi ola bilər.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Moskvaya səfərə zamanı Mişel Platini bildirib.
“Belə bir qayda həndbol və reqbidə var. Futbol dünyada ən populyar oyundur. Hər şeydən çox futbolda oyunçuların davranışları – qayda pozuntuları, simulyasiyalar, hakimlərlə danışmaları müzakirə edilir. Belə ki, oyunun qaydalarına dəyişiklik etmək lazım deyil. Lakin futbolçular öz davranışlarını yenidən nəzərdən keçirməlidirlər.