Əsas Səhifə > İdman > Şahmatçı xanımlarımız Dünya Çempionatında liderdirlər
Şahmatçı xanımlarımız Dünya Çempionatında liderdirlər23-12-2013, 10:19 |
BƏƏ-nin Əl-Ayn şəhərində gənclər arasında şahmat üzrə Dünya Çempionatı davam edir.![]() Azertaym.az-ın verdiyi xəbərə görə, artıq 6-cı turun partiyaları baş tutub. 12 yaşlı qızlar arasındakı turnirdə Azərbaycan təmsilçisi Xanım Balacayeva 5,5 xalla ilk üçlükdə yer alır. 14 yaşa qədər olan qızların turnirində isə Nərmin Məmmədova 5 xalla yalnız rusiyalı Anna Vaseninadan geri qalaraq, 2-ci yerdədir. 18 yaşa qədər olan qızların turnirində isə Səbinə İbrahimova 5 xalla ilk beşliyə daxil olub. Geri qayıt |