Şahmatçı xanımlarımız Dünya Çempionatında liderdirlər
BƏƏ-nin Əl-Ayn şəhərində gənclər arasında şahmat üzrə Dünya Çempionatı davam edir.
Azertaym.az-ın verdiyi xəbərə görə, artıq 6-cı turun partiyaları baş tutub.
12 yaşlı qızlar arasındakı turnirdə Azərbaycan təmsilçisi Xanım Balacayeva 5,5 xalla ilk üçlükdə yer alır.
14 yaşa qədər olan qızların turnirində isə Nərmin Məmmədova 5 xalla yalnız rusiyalı Anna Vaseninadan geri qalaraq, 2-ci yerdədir.
18 yaşa qədər olan qızların turnirində isə Səbinə İbrahimova 5 xalla ilk beşliyə daxil olub.