Gələn il pensiyaların orta aylıq məbləği 10,8 faiz artacaq

2014-cü ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata çatacaq. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.
 Gələn il pensiyaların orta aylıq məbləği 10,8 faiz artacaq
E.Mehdiyev bildirib ki, pensiyaların orta aylıq məbləği cari illə müqayisədə 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq: "Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaqdır".

DSMF sədri qeyd edib ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu, MDB məkanında Qazaxıstandakı 185 dollar və Belarusdakı 129 dollar səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 dollar, Ukraynada isə 118,8 dollar təşkil edir".

Onun sözlərinə görə, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu MDB məkanında Qazaxıstandandakı 185 ABŞ dolları və Belarusdakı 129 ABŞ dolları səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 ABŞ dolları, Ukraynada 118,8 ABŞ dolları təşkil edir:

"Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artıb ki, bu da MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti arasında ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır".

E.Mehdiyevin sözlərinə görə, bu gün əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği isə 170 manat təşkil edir.






Fikirlər