Azərbaycan deputatı hansı ölkənin deputatından az, hansından çox maaş alır? - SİYAHI

Azərbaycan deputatı hansı ölkənin deputatından az, hansından çox maaş alır? - SİYAHIDekabrın 10-da məlum oldu ki, tezliklə Azərbaycan Milli Məclisinin deputatlarının aldığı məvaciblər artacaq. Parlament dekabrın 17-də müzakirəyə çıxaracağı “Milli Məclis deputatının statusu haqqında” qanuna əlavə və dəyişikliklər etməklə millət vəkillərinin maaşını aşağıdakı qaydada artıracaq:

Milli Məclisin sədri 1950 manatdan - 2250 manata;
I müavin 1755 manatdan - 2025 manata;
Sədr müavini 1650 manatdan - 1912 manata;
Komitə sədri 1560 manatdan - 1800 manata;
Komitə sədrinin müavini 1462 manatdan - 1687 manata;
Sıravi deputat 1365 manatdan - 1575 manata.

Bu isə o deməkdir ki, Azərbaycanın sıravi deputatın maaşı xarici valyuta ilə 1990 ABŞ dolları olacaq.

Maraqlıdır, bəs xarici ölkələrdə deputatlar nə qədər maaş alırlar? Modern.az saytı bəzi ölkələrdə deputatlara verilən maaşların məbləğini dəqiqləşdirməyə çalışıb. Beləliklə:

Norveç

Millət vəkilinin aylıq maaşı – 7500 $

Danimarka

Millət vəkilinin aylıq maaşı – 5000 $

İsveç

Millət vəkilinin aylıq maaşı – 4200 $

Hollandiya

Millət vəkili aylıq maaşı($): 5660

Avstriya

Millət vəkilinin aylıq maaşı – 8100 $

Belçika

Millət vəkilinin aylıq maaşı – 5064 $

Fransa

Millət vəkilinin aylıq maaşı – 4648 $

İngiltərə

Millət vəkilinin aylıq maaşı – 6200 $

İtaliya

Millət vəkili aylıq maaşı($): 9150

İspaniya

Millət vəkilinin aylıq maaşı – 3813 $

Çexiya

Millət vəkilinin aylıq maaşı – 1900 $

Polşa

Millət vəkilinin aylıq maaşı – 1893 $

Türkiyə

Millət vəkilinin aylıq maaşı – 5920 $

Ukrayna

Millət vəkilinin aylıq maaşı - 1900 $






Fikirlər