Əhalinin banklara 750 milyon manat borcu var

Əhalinin banklara 750 milyon manat borcu varAzərbaycan banklarında kredit faizlərinin həcmi Avropa banklarına nisbətdə 5-6 dəfə daha çoxdur. Bu problem uzun müddətdir aktual olsa da, hələ öz həllini tapmayıb.

İqtisadçı Vüqar Bayramov bu məsələnin səbəbini və həlli yollarını “Axar.az”a danışdı.

Azərbaycanla müqayisədə Avropada kredit faizləri çox aşağıdır. Avropada orta faiz göstəricisi 4-5, Azərbaycan üçün bu rəqəm 25-30% intervalındadır. Avropa ilə müqayisədə bizdə faiz 5-6 dəfə çoxdur.

Təbii ki, bunun müxtəlif səbəbləri var.

Avropada faiz dərəcələrinin aşağı olmasına baxmayaraq, orda eyni zamanda depozitə də faiz dərəcələri aşağıdır. Əgər Azərbaycanda bu rəqəm 10% təşkil edirsə, Avropada 2%-dir. Və depozitləri aşağı faizlə vermək kreditin də aşağı faizlə verilməsinə şərait yaradır.

Azərbaycanda kommersiya banklarının cəlb etdiyi vəsaitlər bahadır. Onlar vəsaitlər cəlb edən zaman adətən vasitəçilər yararlandıqları üçün bu, onlara baha başa gəlir. Banklar qısa zamanda çox gəlir əldə etməyə çalışır və bu da kreditlərin həcminin böyüməsinə gətirib çıxarır.

Hazırda Azərbaycanda verilən və geri qaytarıla bilməyən kreditlərin həcmi 750 milyon manata yaxındır. Yüksək kredit onun geri qaytarıla bilməməsinə gətirib çıxarır. Azərbaycan MDB-də kredit faizlərinin yüksəkliyinə görə ilk 3-lüyə daxildir. Azərbaycan birmənalı şəkildə çalışmalıdır ki, kredit faizlərini aşağı endirsin.

Dövlətin kommersiya banklarının müəyyənləşdirdiyi faiz dərəcələrinə birbaşa təsir etmə hüququ yoxdur. Amma Mərkəzi Bank dolayı olaraq kommersiya banklarının faiz dərəcələrinə təsir göstərə bilər. Kommersiya banklarının cəlb etdiyi vəsaitlərin tərkibində Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit resursları cəmi 7%-dir. O, bu resursların sayını artırmaqla kommersiya banklarının cəlb etdiyi vəsaitə nisbətən ucuz olmasına səbəb ola bilər. Və bu mərkəzləşdirilmiş kreditləri kommersiya banklarına yönəltməklə, praktiki olaraq kommersiya banklarının daha ucuz kredit verməsinə səbəbkar ola bilər.

Eyni zamanda Mərkəzi Bank tövsiyə xarakterli fəaliyyətlər həyata keçirə bilər. O, depozit faizlərinin aşağı salınmasına nail olmalıdır ki, öz növbəsində kommersiya banklarında kredit faizləri də aşağı düşsün.
- See more at: http://axar.az/news/4077#sthash.D4pHBz5L.dpuf






Fikirlər