Əsas Səhifə > İdman > FİFA-nın yeni prezidenti seçilir
FİFA-nın yeni prezidenti seçilir26-02-2016, 14:15 |
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçiriləcək. Qol.Az-ın məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda 5 nəfər mübarizə aparacaq. Bunlar İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvaledir. Səsvermə hüququ FİFA-ya üzv 209 milli assosiasiyadan 207-nə verilib. Küveyt və İordaniya isə bu hüquqdan məhrum edilib. Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək. Geri qayıt |