FİFA-nın yeni prezidenti seçilir (YENİLƏNİR)

FİFA-nın yeni prezidenti seçilir (YENİLƏNİR)

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçiriləcək.

Qol.Az-ın məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda 5 nəfər mübarizə aparacaq.

Bunlar İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının  prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvaledir. Səsvermə hüququ FİFA-ya üzv 209 milli assosiasiyadan 207-nə verilib. Küveyt və İordaniya isə bu hüquqdan məhrum edilib.

Birinci turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır. Yeni prezident 4 il müddətinə seçiləcək.

Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.






Fikirlər