Blatter FİFA prezidentliyindən uzaqlaşdırıldı
Zepp Blatter FİFA prezidentliyindən uzaqlaşdırılıb. Qurumun etika komitəsinin bu gün Sürixdə keçirilən toplantısında Blatterin 90 gün müddətinə prezident postundan kənarlaşdırılmasına qərar verilib. BBC xəbər verir ki, Blatterin aqibəti ilə bağlı yekun qərar sabah FİFA-nın etika komitəsinin arbitraj palatasında qəbul olunacaq. Blatter 2016-cı ilin fevralına – FİFA-dakı növbəti prezident seçkilərinə qədər postunda qalmaq istəyirdi. Lakin o da başda olmaqla FİFA rəsmiləri ilə bağlı ortaya çıxan korrupsiya qalmaqalı bütün planları alt-üst etdi.
İsveçrə Prokurorluğu sentyabr ayında Blatterin özü ilə də bağlı təhqiqat başladıb.