
Düzdür, ara-sıra hansısa bankın Müşahidə Şurası və ya İdarə Heyətinin sədri dəyişir, lakin bunu mətbuatın dili ilə desək "gündəmi partladacaq bomba" adlandırmaq olmaz.
Biz daha çox müavin və ya üzv səviyyəsində kadr dəyişikliyinə alışmışıq.
Economics" Azərbaycan banklarında uzun müddət Müşahidə Şurası və İdarə Heyəti sədri vəzifəsini tutan şəxslərlə bağlı araşdırma aparıb.
Öncədən bir zəruri qeyd aparaq ki, bəzi bankların rəhbər şəxsləri barədə nə bankın saytında, nə də digər resurslarda dolğun məlumat yoxdur.
Başlayaq Müşahidə Şurası sədri vəzifəsini tutan şəxslərdən. Burada mütləq lider "AmrahBank"ın rəhbəri Yunis İldırımzadədir. 1993-cü ildə bankı təsis edən təcrübəli bankir həmin dövrdən banka rəhbərlik edir.
İkinci yerdə "DəmirBank"ın rəhbəri Rəhman Hacıyev qərarlaşıb. Öncədən qeyd edək ki, R. Hacıyev 1977-ci ildən bank sistemində çalışır. 1989-cu ildə "DəmirBank"ı təsis edən R. Hacıyev 1994-cü ilədək bankda İdarə Heyətinin, həmin dövrdən bu günə qədər isə Müşahidə Şurasının sədridir.
Üçüncü yerdə birdən-birə üç bankir qərarlaşıb - Çingiz Əsədullayev ("AGBank"), Elçin İsayev ("Bank of Baku") və Rasim Poladov ("Parabank"). Hər üç şəxs 1997-ci ildən Müşahidə Şurasının sədri kimi çalışır.
İlk beşlikdə daha bir təcrübəli bankirin adına rast gəlmək olar. "Rabitəbank"ın rəhbəri Zakir Nuriyev 1998-ci ildən bankın sükanı arxasındadır. O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının prezidentidir.
Müşahidə Şurası sədrlərinin vəzifəyə təyin olunduğu illəri əks etdirən cədvəli təqdim edirik: Bankın adı Bankir Təyinat Amrahbank Yunis İldırımzadə 1993 DəmirBank Rəhman Hacıyev 1994 AGBank Çingiz Əsədullayev 1997 Bank of Baku Elçin İsayev 1997 Parabank Rasim Poladov 1997 Rabitəbank Zakir Nuriyev 1998 Muğanbank Elmir Mehdiyev 2000 Unibank Eldar Qəribov 2002 Zaminbank Nadir İsmayılov 2004 Bank Respublika Elçin Quliyev 2005 Turanbank Fuad Musayev 2007 AtaBank Əşrəf Kamilov 2008 Expressbank Fəxrəddin Bağırov 2009 YapıKredi Azərbaycan Faik Açıkalın 2009 Azərbaycan Sənaye Bankı Zeynab Konyar 2010 AccessBank Orhan Aytemiz 2011 Bank Silk Way Mirsəməd Mövsümzadə 2012 Bank VTB (Azərbaycan) Vasiliy Titov 2013 Azər Türk Bank Famil İsmayılov 2014 Bank Avrasiya Fuad Aslanov 2014 Bank Standard Kamal İbrahimov 2014 Ziraat Bank Azərbaycan Hüseyin Aydın 2014 Bank BTB Rza Sadiq 2015 Kapital Bank Cəlal Qasımov 2015 PAŞA Bank Mircamal Paşayev 2015 Deka Bank Sürəyya Ağayeva - Günay Bank Mahmud Məmmədov - Beynəlxalq Bank Azər Bayramov - KredoBank Müşfiq Vəkilov - NaxçıvankBank Vasif Kazımov - Xalq Bank Asim Məmmədli - Ən uzun müddət İdarə Heyətinin sədri vəzifəsini tutan şəxs isə "Unibank"ı təmsil edən Faiq Hüseynovdur. F. Hüseynov bu vəzifəyə 2002-ci ildə təyin olunub.
İkinci yerdə "Bank Respublika"nın İdarə Heyətinin sədri Xədicə Həsənova qərarlaşıb. Xanım bankir 2006-cı ildən etibarən idarəetməni əldən vermir.
"Günay Bank" İdarə Heyətinin sədri Emin Ağayev və onun "Parabank"dan olan həmkarı Vəli Quliyev isə 2007-ci ildən bu günədək az öncə qeyd edilən vəzifəni tuturlar.
"Muğanbank"ın İdarə Heyətinin sədri Elmir Həsənov isə bu vəzifəyə 2008-ci ildə təyin olunub. Həmin ildən "Zaminbank"ın idarə olunmasına nəzarət edən Zəhra Quliyeva isə bank sektorunda rəhbər vəzifə tutan azsaylı xanımlardandır.
Bəzi maraqlı detallara toxunmasaq da olmaz. Məsələn, "DəmirBank"ın İdarə Heyətinin sədri Fərid Abuşov bu vəzifəyə yenicə təyin olunub. O təcrübəli bankir Roman Əmircanovu əvəzləyib. R. Əmircanov isə hazırda bankın Müşahidə Şurasında fəaliyyətini davam etdirir. Bundan başqa, "Ziraat Bank (Azərbaycan)" 2014-cü ilin sonunda fəaliyyət başlayıb.
İdarə Heyəti sədrlərinin vəzifəyə təyin olunduğu illəri əks etdirən cədvəli təqdim edirik:(apa)
Bankın adı Bankir Təyinat (il) Unibank Faiq Hüseynov 2002 Bank Respublika Xədicə Həsənova 2006 Günay Bank Emin Ağayev 2007 Parabank Vəli Quliyev 2007 Muğanbank Elmir Həsənov 2008 Zaminbank Zəhra Quliyeva 2008 Expressbank Emin Məmmədov 2009 AccessBank Michael Hoffmann 2012 Bank Silk Way Elçin Əhmədov 2012 Kapital Bank Rövşən Allahverdiyev 2013 Bank Standard Abbas Nəsibov 2014 Bank VTB (Azərbaycan) Yuriy Yakovlev 2014 Rabitəbank Elçin Qədimov 2014 Ziraat Bank Azərbaycan Avni Demirci 2014 Amrahbank Emil Həsənov 2015 Azərbaycan Sənaye Bankı Doğan Tandoğan 2015 Azər Türk Bank Fərhad Adıgözəlov 2015 Bank Avrasiya Rüfət Kərimov 2015 Bank BTB Samir Qocayev 2015 Bank of Baku Abbas İbrahimov 2015 Beynəlxalq Bank Elmar Məmmədov 2015 PAŞA Bank Taleh Kazımov 2015 YapıKredi Azərbaycan Cenk Yüksel 2015 AGBank Əfqan Cəlilov 2016 AtaBank Dəyanət Quliyev 2016 DəmirBank Fərid Abuşov 2016 Deka Bank Niyazi Vəliyev - KredoBank İlqar Məlikov - NaxçıvankBank Azər Məmmədov - Turanbank Nazim Sadıqov - Xalq Bank Elxan Ağayev
Geri qayıt
|