Müşahidə Şurası və İDARƏ HEYƏTİ SƏDRİ vəzifəsində ən uzun müddət çalışan bankirlər - ARAŞDIRMA
Düzdür, ara-sıra hansısa bankın Müşahidə Şurası və ya İdarə Heyətinin sədri dəyişir, lakin bunu mətbuatın dili ilə desək "gündəmi partladacaq bomba" adlandırmaq olmaz. Biz daha çox müavin və ya üzv səviyyəsində kadr dəyişikliyinə alışmışıq. Economics" Azərbaycan banklarında uzun müddət Müşahidə Şurası və İdarə Heyəti sədri vəzifəsini tutan şəxslərlə bağlı araşdırma aparıb.
Öncədən bir zəruri qeyd aparaq ki, bəzi bankların rəhbər şəxsləri barədə nə bankın saytında, nə də digər resurslarda dolğun məlumat yoxdur.
Başlayaq Müşahidə Şurası sədri vəzifəsini tutan şəxslərdən. Burada mütləq lider "AmrahBank"ın rəhbəri Yunis İldırımzadədir. 1993-cü ildə bankı təsis edən təcrübəli bankir həmin dövrdən banka rəhbərlik edir.
İkinci yerdə "DəmirBank"ın rəhbəri Rəhman Hacıyev qərarlaşıb. Öncədən qeyd edək ki, R. Hacıyev 1977-ci ildən bank sistemində çalışır. 1989-cu ildə "DəmirBank"ı təsis edən R. Hacıyev 1994-cü ilədək bankda İdarə Heyətinin, həmin dövrdən bu günə qədər isə Müşahidə Şurasının sədridir.
Üçüncü yerdə birdən-birə üç bankir qərarlaşıb - Çingiz Əsədullayev ("AGBank"), Elçin İsayev ("Bank of Baku") və Rasim Poladov ("Parabank"). Hər üç şəxs 1997-ci ildən Müşahidə Şurasının sədri kimi çalışır.
İlk beşlikdə daha bir təcrübəli bankirin adına rast gəlmək olar. "Rabitəbank"ın rəhbəri Zakir Nuriyev 1998-ci ildən bankın sükanı arxasındadır. O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının prezidentidir.
Müşahidə Şurası sədrlərinin vəzifəyə təyin olunduğu illəri əks etdirən cədvəli təqdim edirik:
Bankın adı
Bankir
Təyinat
Amrahbank
Yunis İldırımzadə
1993
DəmirBank
Rəhman Hacıyev
1994
AGBank
Çingiz Əsədullayev
1997
Bank of Baku
Elçin İsayev
1997
Parabank
Rasim Poladov
1997
Rabitəbank
Zakir Nuriyev
1998
Muğanbank
Elmir Mehdiyev
2000
Unibank
Eldar Qəribov
2002
Zaminbank
Nadir İsmayılov
2004
Bank Respublika
Elçin Quliyev
2005
Turanbank
Fuad Musayev
2007
AtaBank
Əşrəf Kamilov
2008
Expressbank
Fəxrəddin Bağırov
2009
YapıKredi Azərbaycan
Faik Açıkalın
2009
Azərbaycan Sənaye Bankı
Zeynab Konyar
2010
AccessBank
Orhan Aytemiz
2011
Bank Silk Way
Mirsəməd Mövsümzadə
2012
Bank VTB (Azərbaycan)
Vasiliy Titov
2013
Azər Türk Bank
Famil İsmayılov
2014
Bank Avrasiya
Fuad Aslanov
2014
Bank Standard
Kamal İbrahimov
2014
Ziraat Bank Azərbaycan
Hüseyin Aydın
2014
Bank BTB
Rza Sadiq
2015
Kapital Bank
Cəlal Qasımov
2015
PAŞA Bank
Mircamal Paşayev
2015
Deka Bank
Sürəyya Ağayeva
-
Günay Bank
Mahmud Məmmədov
-
Beynəlxalq Bank
Azər Bayramov
-
KredoBank
Müşfiq Vəkilov
-
NaxçıvankBank
Vasif Kazımov
-
Xalq Bank
Asim Məmmədli
-
Ən uzun müddət İdarə Heyətinin sədri vəzifəsini tutan şəxs isə "Unibank"ı təmsil edən Faiq Hüseynovdur. F. Hüseynov bu vəzifəyə 2002-ci ildə təyin olunub.
İkinci yerdə "Bank Respublika"nın İdarə Heyətinin sədri Xədicə Həsənova qərarlaşıb. Xanım bankir 2006-cı ildən etibarən idarəetməni əldən vermir.
"Günay Bank" İdarə Heyətinin sədri Emin Ağayev və onun "Parabank"dan olan həmkarı Vəli Quliyev isə 2007-ci ildən bu günədək az öncə qeyd edilən vəzifəni tuturlar.
"Muğanbank"ın İdarə Heyətinin sədri Elmir Həsənov isə bu vəzifəyə 2008-ci ildə təyin olunub. Həmin ildən "Zaminbank"ın idarə olunmasına nəzarət edən Zəhra Quliyeva isə bank sektorunda rəhbər vəzifə tutan azsaylı xanımlardandır.
Bəzi maraqlı detallara toxunmasaq da olmaz. Məsələn, "DəmirBank"ın İdarə Heyətinin sədri Fərid Abuşov bu vəzifəyə yenicə təyin olunub. O təcrübəli bankir Roman Əmircanovu əvəzləyib. R. Əmircanov isə hazırda bankın Müşahidə Şurasında fəaliyyətini davam etdirir.
Bundan başqa, "Ziraat Bank (Azərbaycan)" 2014-cü ilin sonunda fəaliyyət başlayıb.
İdarə Heyəti sədrlərinin vəzifəyə təyin olunduğu illəri əks etdirən cədvəli təqdim edirik:(apa)
Bankın adı
Bankir
Təyinat (il)
Unibank
Faiq Hüseynov
2002
Bank Respublika
Xədicə Həsənova
2006
Günay Bank
Emin Ağayev
2007
Parabank
Vəli Quliyev
2007
Muğanbank
Elmir Həsənov
2008
Zaminbank
Zəhra Quliyeva
2008
Expressbank
Emin Məmmədov
2009
AccessBank
Michael Hoffmann
2012
Bank Silk Way
Elçin Əhmədov
2012
Kapital Bank
Rövşən Allahverdiyev
2013
Bank Standard
Abbas Nəsibov
2014
Bank VTB (Azərbaycan)
Yuriy Yakovlev
2014
Rabitəbank
Elçin Qədimov
2014
Ziraat Bank Azərbaycan
Avni Demirci
2014
Amrahbank
Emil Həsənov
2015
Azərbaycan Sənaye Bankı
Doğan Tandoğan
2015
Azər Türk Bank
Fərhad Adıgözəlov
2015
Bank Avrasiya
Rüfət Kərimov
2015
Bank BTB
Samir Qocayev
2015
Bank of Baku
Abbas İbrahimov
2015
Beynəlxalq Bank
Elmar Məmmədov
2015
PAŞA Bank
Taleh Kazımov
2015
YapıKredi Azərbaycan
Cenk Yüksel
2015
AGBank
Əfqan Cəlilov
2016
AtaBank
Dəyanət Quliyev
2016
DəmirBank
Fərid Abuşov
2016
Deka Bank
Niyazi Vəliyev
-
KredoBank
İlqar Məlikov
-
NaxçıvankBank
Azər Məmmədov
-
Turanbank
Nazim Sadıqov
-
Xalq Bank
Elxan Ağayev