Əsas Səhifə > İqtisadiyyat > Kommunal xidmətlər üzrə fərqli ödənişlər
Kommunal xidmətlər üzrə fərqli ödənişlər28-01-2017, 10:20 |
Kommunal xidmətlər üzrə tariflərin regional diferensiasiyasının tətbiqi büdcə vəsaitlərinin səmərəli istifadəsinə səbəb olacaq. Bu barədə Trend-in Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı ilə əlaqədar sorğusuna cavab olaraq Hesablama Palatasından bildiriblər. Qeyd olunub ki, 23 yanvar 2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanı dövlət büdcəsi xərclərinin səmərəli istifadə edilməsinin daha aktual xarakter daşıdığı bir dövrdə xüsusilə vacib və mühüm bir sənəddir: “Xatırladaq ki, ölkə başçısının “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə 07 dekabr 2015-ci il tarixli fərmanı ilə (11-ci bənd) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırığı verilib. Hesablama Palatası 2012-ci və 2016-cı illərdə Komitədə aparılmış nəzarət tədbirlərinin nəticəsi olaraq, məcburi köçkünlərə göstərilən kommunal xidmət normalarına yenidən baxılmasının mümkünlüyü və Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınların və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası” adlı normativ sənədin təkmilləşdirilməsinə ehtiyac olduğu barədə təkliflərini Nazirlər Kabinetinə və Milli Məclisə təqdim edib”. Palatada hesab edirlər ki, fərmanın icrası və ciddi nəzarət mexanizmi sui-istifadə hallarının qarşısının alınmasına, vəsaitlərin ünvanlı istifadəsinə səbəb olacaq. Kommunal xidmət göstərən təşkilatlar əhalinin bu kateqoriyadan olan hissəsinə çox həssas yanaşmalı, bürokratik problemlər yaradılmamalıdır. Həm məcburi köçkünlər, həm də kommunal xidmət göstərən təşkilatlar bu məsələyə maksimum dərəcədə anlayışlı yanaşmalıdır. Bildirilib ki, bu xərclər üzrə Dövlət Komitəsində növbəti audit 2018-ci ilin II rübündə nəzərdə tutulur: Hesablama Palatasından büdcə vəsaitlərinin ünvanlılığını artırmaq üçün bir sıra təkliflər də irəli sürülüb: Qeyd olunub ki, hər il Hesablama Palatası fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisə təqdim edir: “2016-cı il üzrə hesabatında da Hesablama Palatası büdcə vəsaitlərinin səmərəli və ünvanlı istifadəsi ilə bağlı təkliflərini hesabata daxil edəcək”. Geri qayıt |