Əsas Səhifə > İqtisadiyyat, Slayd > Daha 15 neftçi işdən çıxarıldı
Daha 15 neftçi işdən çıxarıldı31-01-2015, 03:58 |
![]() Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisi dedi ki, işçilərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatıb: “İşçilərlə bir illik əmək müqaviləsi bağlanmışdı. Baxmayaraq ki, şirkət ötən il əmək müqaviləsinin müddətinin uzadılacağını bildirmişdi. İşdən çıxanlara kompensasiya verilmir”. M.Qəhrəmanlı qeyd etdi ki, işdən çıxarılanlar təşkilata müraciət ediblər: “Neftçilər bildirir ki, 2013-cü ildə ASCO sirkətində işə qəbul olunublar. Bəziləri dənizdə çalışıb. Yanvarın 30-da da işdən çıxarılıblar”. İşçilər işə qəbul olunurkən əmək müqavilələrinin hər il uzadılacağına dair vəd verildiyini iddia edirlər: “Onlar “BP-Azerbaijan” şirkətinin platformada yeni açılmış işində çalışdırılmalı idilər. Ancaq bir ildən sonra həmin iş yerləri ləğv olunub”. Təşkilat sədri Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” institutunda da işçilərlə 3 aylıq müvəqqəti müqavilə bağlandığı ilə bağlı müraciətlərin daxil olduğunu dedi: “Bu fakt “Bahar Energy” şirkətində də qeydə alınıb. Müvəqqəti əmək müqavilələri işdən çıxarmalar üçün bəhanədir”. Geri qayıt |