Daha 15 neftçi işdən çıxarıldı

Daha 15 neftçi işdən çıxarıldıASCO xarici neft şirkəti dünən daha 15 əməkdaşını işdən kənarlaşdırıb.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, işçilərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatıb: “İşçilərlə bir illik əmək müqaviləsi bağlanmışdı. Baxmayaraq ki, şirkət ötən il əmək müqaviləsinin müddətinin uzadılacağını bildirmişdi. İşdən çıxanlara kompensasiya verilmir”.

M.Qəhrəmanlı qeyd etdi ki, işdən çıxarılanlar təşkilata müraciət ediblər: “Neftçilər bildirir ki, 2013-cü ildə ASCO sirkətində işə qəbul olunublar. Bəziləri dənizdə çalışıb. Yanvarın 30-da da işdən çıxarılıblar”.

İşçilər işə qəbul olunurkən əmək müqavilələrinin hər il uzadılacağına dair vəd verildiyini iddia edirlər: “Onlar “BP-Azerbaijan” şirkətinin platformada yeni açılmış işində çalışdırılmalı idilər. Ancaq bir ildən sonra həmin iş yerləri ləğv olunub”.

Təşkilat sədri Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” institutunda da işçilərlə 3 aylıq müvəqqəti müqavilə bağlandığı ilə bağlı müraciətlərin daxil olduğunu dedi: “Bu fakt “Bahar Energy” şirkətində də qeydə alınıb. Müvəqqəti əmək müqavilələri işdən çıxarmalar üçün bəhanədir”
.






Fikirlər