05.06.2014.- “Azəriqaz”da kütləvi ixtisar: 100 nəfər işdən çıxarıldı

05.06.2014.- “Azəriqaz”da kütləvi ixtisar: 100 nəfər işdən çıxarıldıArtıq Bakı şəhəri və Abşeron rayonu üzrə ştatları ləğv olunan 136 xətt baxıcısından 100 nəfəri işdən azad edilib”.

"AzerTaym.az" bildirir ki, bunu modern.az-a Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Araz Ağyev deyib.

O həmçinin bildirib ki, 100 nəfərdən 82 nəfəri orta əmək haqqının 5 misli barədə razılaşmaya imza ataraq işdən ayrılıb: “18 nəfəri verilən vaxta qədər həmin kompensasiya üçün razılaşmaya qol çəkmədiklərinə görə orta aylıq əmək haqının 1 mislini alaraq işdən ayrılıb. Yerdə qalan 36 nəfərdən 11 nəfəri işlə təmin olunub, 13 nəfəri xəstədir, 6 nəfəri isə analıq məzuniyyətindədir”.

"Azəriqaz” rəsmisi bildirib ki, həyata keçirilən proses zamanı Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin tələblərinə tam riayət olunub: "Şəhid, müharibə əlilli ailələrə, işdə saxlanması üstünlüyü olan şəxslərə birinci növbədə iş təklif olunub. Sadəcə, işdən azad olunan insanların bir hissəsi təklif olunan işlə razılaşmayaraq, verilən kompensasiyanı alıb, işdən ayrılıblar”.

Qeyd edək ki, "Azəriqaz” İB-də struktur dəyişikliyi ilə bağlı 136-a yaxın qadın işçi ixtisara düşüb. Onlara mayın 31-nə qədər razılıq yolu ilə işdən ayrılacaqları təqdirdə orta əmək haqqının 5 misli qədər kompensasiya təklif olunmuşdu. Verilən vaxta qədər ərizələrini imzalamayanlar bu kompensasiyadan məhrum edilib.






Fikirlər