05.03.2014. - Səlim Müslümov işdən qovduğu rəislərə üç ay vaxt verdi
"Aztəminatlı olmayan ailələrə müavinət verilməsi barədə yeni məsələlər ortaya çıxıb".
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, bu faktlar əsasən Ağdam, Saatlı və İmişli rayonlarında ortaya çıxıb. Bütün faktlar hüquq-mühafizə orqanlarına təqdim olunacaq.
Nazir işdən azad olunan işçilərin məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, həmin rəhbər şəxslərə üç ay vaxt verilib. Üç ay ərzində bütün sənədlər qaydasına salınmalıdır. Əks təqdirdə barələrində olan faktlar hüquq-mühafizə orqanlarına göndəriləcək.