Kütləvi məmur həbsi gözlənilir

Səlim Müslümovun açıqladığı siyahı dəhşətli faktları üzə çıxarıb
Kütləvi məmur həbsi gözlənilir
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov ünvanlı sosial yardım alan vətəndaşların siyahısını açıqlayandan sonra ortaya dəhşətli faktlar çıxıb. “Azadlıq”ın əldə etdiyi məlumatlara görə, bəlli olub ki, bəzi vətəndaşların özlərindən xəbərsiz onların adına ünvanlı sosial yardım yazılıb.
Bu hal daha çox bölgələrdə müşahidə olunub. Məlumatlara görə, ünvanlı sosial yardımların verilməsilə bağlı bu maxinasiyada icra hakimiyyətlərinin də müstəsna rolu var.
Bildirilir ki, hazırda bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılır. Araşdırmaların nəticəsi olaraq kütləvi məmur həbsi gözlənilir.
Yada salaq ki, bir müddət əvvəl ünvanlı sosial yardım alan vətəndaşlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrinin müdirləri arasında qalmaqal yarandığı barədə məlumat vermişdik. Bildirmişdik ki, şöbə müdirləri ilə şərikli ünvanlı sosial yardım alanlar onlara daha çox pul yazıldığını, amma bunun cüzi hissəsini verildiyini biliblər. Bu Səlim Müslümov nazir olandan sonra şöbə müdirlərinin ehtiyat edərək həmin vətəndaşların kartını qaytararkən baş verib. Qalmaqal o qədər dərinləşib ki, məsələdən Səlim Müslümov da xəbə






Fikirlər