SƏLIM MÜSLÜMOVDAN YENI TƏFTIŞ XƏBƏRDARLIĞI

SƏLIM MÜSLÜMOVDAN YENI TƏFTIŞ XƏBƏRDARLIĞI
Dövlət Məşğulluq Xidməti və Dövlət Əmək Müfəttişliyinin də fəaliyyətləri geniş şəkildə təhlil və təftiş olunacaq”. Bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Nazirin sözlərinə görə, keçən müddət ərzində neqativ halların aradan qaldırılması üçün müəyyən inzibati tədbirlər görülüb. Nazir bildirib ki, bu vaxta kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10-dan çox yerli şöbəsinin rəhbərləri, müdir müavinləri işdən azad olunub. “Bu vaxta kimi olunan bütün müraciətlər araşdırılıb. Əvvəllər müraciətlər hansısa kvotalar əsasında edilirdi, bu da yerli məmurlara seçim imkanı yaradırdı və neqativ hallara gətirib çıxarırdı. Tapşırıq verdik, bütün qanunauyğun müraciətlər baxılsın və noyabr ayında təxminən 20 minədək ailəyə ünvanlı sosial yardım təyin olundu. Mənə verilən məlumata görə, hazırda rayonlarda bununla bağlı müraciət yoxdur”.

Nazir deyib ki, neqativ halları tam aradan qaldırma üçün mütləq şəkildə bu sahənin elektronlaşdırılması həyat keçirilməlidir: “Ancaq bu halda bütün neqativ hallar aradan qaldırıla bilər”.

Nazir, həmçinin bildirib ki, bundan sonra dövlət məşğulluq xidməti və dövlət əmək müfəttişliyinin də fəaliyyəti geniş şəkildə təhlil və təftiş olunacaq, müvafiq qərarlar qəbul olunacaq.






Fikirlər