11.08.2014- “TİKİNTİDƏ ÖLÜM HALLARI GİZLƏDİLİR”- S.Mehbalıyev

11.08.2014- “TİKİNTİDƏ ÖLÜM HALLARI GİZLƏDİLİR”- S.MehbalıyevSəttar Mehbalıyev Tikinti maqnatlarını ittiham etdi

“Azərbaycanda əmək hüquqlarının qorunması sahəsində ən çox problem tikinti şirkətlərindədir. Orada işləyənlərin iş şəraiti həddən artıq acınacaqlıdır”
.


APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.
O bildirib ki, tikinti şirkətlərində işçilər hündür mərtəbələrdə işləyir, amma onlara qoruyucu kəmərlər, xüsusi geyimlər, ayaqqabılar verilmir, bir sıra hallarda istehsalatda zədə alsalar da, belə faktlar gizlədilir.

Bəzən ölüm halları da gizlədilir. Belə hallar həddən artıq çox olur. Özəl şirkətlər yaradılır, işçilər işə götürülür, amma 4-5 aydan sonra şirkət bağlanır. Bu da həmkarlar təşkilatları üçün problem yaradır. Buna baxmayaraq, bir sıra tikinti şirkətləri ilə danışıqlar aparılır, onlarda həmkarlar ittifaqları yaradılır. Həmin ittifaqlar işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atmırlar. Fəhlələr nahar vaxtı daşın, sementin üzərində otururlar, onlara isti yeməklər verilmir. Ümumiyyətlə, tikinti şirkətlərinin 80 faizində əmək müqavilələri bağlanmır. Bir çox özəl şirkətlərdə əmək müqavilələrinə laqeyd münasibət var. İnsanları aldadırlar, istədikləri vaxt işdən qovurlar. Əmək müqaviləsi olmayanda işçi heç bir addım ata bilmir”.






Fikirlər