Əsas Səhifə > İqtisadiyyat > Eyyub Hüseynov: “Süd bəhanədir, eşşək ətini realizə edib
Eyyub Hüseynov: “Süd bəhanədir, eşşək ətini realizə edib28-10-2018, 18:03 |
Eyyub Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə də, şəxsən özüm əhalini boykota çağıracam”“Azərbaycan belə mənasız reklamlarla dünya tibb elminin üzünə tüpürüb”. "AzerTaym.az" xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın canlı yayım verilişinə qatılan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bidirib. Onun sözlərinə görə, eşşək südü, eşşək fermasının reklamı Azərbaycanda tibbin omadığını sübit edən məqamlardan biridir. Müsahibimiz hesab edir ki, eşşək südünü tərifləyən insanlar elmi tədqiqat jurnallarında eşşək südünün nəyəsə faydası olduğunu sübut edən məqalələrlə çıxış etməlidilər: “Əgər onlar bunu etsələr, mən də o zaman onlardan üzr istəyərəm. Bunların hamısı populist, insanları aldadan bir jestdir. Təbii üsullarla müalicə ilə akademik müalicə hər zaman bir-birini inkar edir. Elm həddən artıq irəliləyibdir. O adamlar belə üsulların ardınca gedir ki, onların ya yeni tibbdən xəbərləri yoxdur, ya da yerli tibbə inamları yoxdur. Ölkədə qanun qəbul etməyə gücüm olsa, qərar qəbul edərdim ki, məmurların xaricdə müalicəsini qarşısı alınsın. Bununla da yerli tibbə olan inamsızlıq aradan qalxardı”. E.Hüseynov dedi ki, xarici ölkələrdə eşşək südünün faydalı olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Müsahibimiz bu fikirlərini fərqli arqumentlərlə əsaslandırmağa çalışdı: “Hansı Avropa ölkəsi istəyər ki, təqaüdçüləri çox yaşasın? Kim kimin beynini necə yuyur, özü bilər. Elmi ədəbiyyata nə mane olur ki, eşşək südünün faydalı olması ilə bağlı araşdırmaları ortaya qoysun? Baryer nədir? Eşşək ferması açan tədqiqat jurnalını qoysun ortaya”. Geri qayıt |