Eyyub Hüseynov: “Süd bəhanədir, eşşək ətini realizə edib ORTAYA ÇIXARACAQLAR”

Eyyub Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə də, şəxsən özüm əhalini boykota çağıracam

“Azərbaycan belə mənasız reklamlarla dünya tibb elminin üzünə tüpürüb”.

 "AzerTaym.az" xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın canlı yayım verilişinə qatılan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bidirib. Onun sözlərinə görə, eşşək südü, eşşək fermasının reklamı Azərbaycanda tibbin omadığını sübit edən məqamlardan biridir.

Müsahibimiz hesab edir ki, eşşək südünü tərifləyən insanlar elmi tədqiqat jurnallarında eşşək südünün nəyəsə faydası olduğunu sübut edən məqalələrlə çıxış etməlidilər: “Əgər onlar bunu etsələr, mən də o zaman onlardan üzr istəyərəm. Bunların hamısı populist, insanları aldadan bir jestdir. Təbii üsullarla müalicə ilə akademik müalicə hər zaman bir-birini inkar edir. Elm həddən artıq irəliləyibdir. O adamlar belə üsulların ardınca gedir ki, onların ya yeni tibbdən xəbərləri yoxdur, ya da yerli tibbə inamları yoxdur. Ölkədə qanun qəbul etməyə gücüm olsa, qərar qəbul edərdim ki, məmurların xaricdə müalicəsini qarşısı alınsın. Bununla da yerli tibbə olan inamsızlıq aradan qalxardı”.

E.Hüseynov dedi ki, xarici ölkələrdə eşşək südünün faydalı olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Müsahibimiz bu fikirlərini fərqli arqumentlərlə əsaslandırmağa çalışdı: “Hansı Avropa ölkəsi istəyər ki, təqaüdçüləri çox yaşasın? Kim kimin beynini necə yuyur, özü bilər. Elmi ədəbiyyata nə mane olur ki, eşşək südünün faydalı olması ilə bağlı araşdırmaları ortaya qoysun? Baryer nədir? Eşşək ferması açan tədqiqat jurnalını qoysun ortaya”.

Müsahibimiz eyni zamanda daha bir bəyanatla çıxış etdi. Dedi ki, əgər Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə də, şəxsən özü əhalini boykota çağıracaq: “İslam Əməkdaşlıq ölkəsi olan Azərbaycan eşşəyin haram buyurulduğu bir ölkədir. Belə bir şəraitdə onun südünün satılması doğri deyil. Süd bəhanədir. Eşşək ətini realizə edib ortaya çıxaracaqlar. Bir azdan onun ətindən kolbasalar satılacaq. Necə ki, alabaş kolbabası çıxacaq. Eşşək gündə 150 qram süd verən heyvandırsa, hansı rentabellilikdən söhbət gedir? Eşşək çox az xərc tələb edən heyvandır. Bu da sübut edir ki, eşşək fermasının açılması ideyası eşşək ətinin bazara çıxarılması üçün bir mərhələdir. Azərbaycanda donuz ferması açmaq nə qədər doğru deyilsə, eşşək ferması da o qədər doğru deyil”.

AİB sədri hesab edir ki, eşşək fermasının fəaliyyətinə icazə veriləcək. Onun fikrincə, ölkədə azad, liberal bazar var. “Sabah istehlakçının it ətinə tələbatı olsa, onu da satacaqlar” deyən müsahibimizə görə, xəstə insanların eşşək südü alması heç də onun faydalılığını sübut etmir: “Xəstə insanlar bu süddən istifadə edir. Hər şeydən ümidini üzən insanın ondan istifadəsi mümkündür. Amma bu, göstərici deyil”. 






Fikirlər