Əsas Səhifə > İqtisadiyyat > “Təhsil haqqında” Qanun dəyişir - Kurrikulumların təsdiqi
“Təhsil haqqında” Qanun dəyişir - Kurrikulumların təsdiqi13-05-2019, 10:25 |
Azərbaycanda "Təhsil haqqında" Qanuna bəzi dəyişikliklər ediləcək. Dəyişikliklərdən birində təhsil müəssisələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulub. Modern.az xəbər verir ki, adıçəkilən qanuna əsasən, təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisələrinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Digər bir dəyişiklik "Təhsil haqqında" Qanuna uyğunlasdırma məqsədi daşıyır. Belə ki, həmin qanuna əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil fəaliyyətini lisenziya almadan həyata keçirirlər. Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq. Geri qayıt |