Banklarda əhalinin əmanətləri azalmaqda davam edir. “Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 31 İyul 2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 605,1 milyon manat əmanəti olub. Bu məbləğ, 30 İyun tarixi ilə müqayisədə 48,5 milyon manat və ya 0,6% azdır. Əmanətlərin 28%- və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada olub. Devalvasiyadan sonra, Fevralın sonunda əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 932,7 milyon manata çıxmışdı. Həmin vaxtdan 31 iyula qədər əhalinin əmanətləri 327,6 milyon manat azalıb.
Tarix |
mln. AZN |
01.08.2015 |
7605,1 |
01.07.2015 |
7653,6 |
01.06.2015 |
7601.1 |
01.05.2015 |
7717.2 |
01.04.2015 |
7781.6 |
01.03.2015 |
7932.7 |
01.02.2015 |
7121.3 |
01.01.2015 |
7188.3 |
01.12.2014 |
7086.4
|
Geri qayıt
|