Əhali banklardakı əmanətlərin 328 milyon azaltdı – CƏDVƏL

 

7e1f8ad35da529cf82272fb8a23a2143_XLBanklarda əhalinin əmanətləri azalmaqda davam edir.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 31 İyul 2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 605,1 milyon manat əmanəti olub. Bu məbləğ, 30 İyun tarixi ilə müqayisədə 48,5 milyon manat və ya 0,6% azdır.
Əmanətlərin 28%- və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada olub.
Devalvasiyadan sonra, Fevralın sonunda əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 932,7 milyon manata çıxmışdı. Həmin vaxtdan 31 iyula qədər əhalinin əmanətləri 327,6 milyon manat azalıb.

Tarix mln. AZN
01.08.2015 7605,1
01.07.2015 7653,6
01.06.2015 7601.1
01.05.2015 7717.2
01.04.2015 7781.6
01.03.2015 7932.7
01.02.2015 7121.3
01.01.2015 7188.3
01.12.2014 7086.4






Fikirlər