Əsas Səhifə > İqtisadiyyat > Prezidentin köməkçisindən əməkhaqqılarının artırılması ilə bağlı
Prezidentin köməkçisindən əməkhaqqılarının artırılması ilə bağlı4-11-2021, 20:54 |
Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumdaxili məhsulun artımına baxmaq lazımdır. Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, hazırda əməkhaqqılarının artımına baxılır. “Əməkhaqqılarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək”, - deyə o əlavə edib. Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb./Oxu.az Geri qayıt |