Prezidentin köməkçisindən əməkhaqqılarının artırılması ilə bağlı AÇIQLAMA...

Prezidentin köməkçisindən əməkhaqqılarının artırılması ilə bağlı AÇIQLAMA

Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumdaxili məhsulun artımına baxmaq lazımdır.

  Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, hazırda əməkhaqqılarının artımına baxılır.

“Əməkhaqqılarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb./Oxu.az






Fikirlər