Əsas Səhifə > İqtisadiyyat > “Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən

“Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən


23-01-2023, 13:54

“Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.
 
Bu barədə "AzerTaym.az"-a qurumdan məlumat verilib.
 
Məlumatda deyilir ki, yenidənqurma işləri Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən həyata keçirilir.
 
Yenidənqurma nəticəsində 669 abonenti olan Yuxarı Seyfəli kəndində 12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 8 km-a yaxın 10 kV-luq, 31 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.
 
Şəmkirin İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. 898 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 11 ədəd komplekt transformator məntəqəsi quraşdırılır. 52 km-a yaxın 10 kV-luq, 59 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilir.
 
Yuxarı Seyfəli və İrmaşlı kəndində abonentlərin sayğacları da yenisi ilə əvəzlənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1 567 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
 
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

Geri qayıt