“Azərişıq” ASC Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.
Bu barədə "AzerTaym.az"-a qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, yenidənqurma işləri Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən həyata keçirilir.
Yenidənqurma nəticəsində 669 abonenti olan Yuxarı Seyfəli kəndində 12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 8 km-a yaxın 10 kV-luq, 31 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.
Şəmkirin İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. 898 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 11 ədəd komplekt transformator məntəqəsi quraşdırılır. 52 km-a yaxın 10 kV-luq, 59 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilir.
Yuxarı Seyfəli və İrmaşlı kəndində abonentlərin sayğacları da yenisi ilə əvəzlənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1 567 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.