Əsas Səhifə > Kriminal > “Azərsu”nun məsul əməkdaşı öldürüldü
“Azərsu”nun məsul əməkdaşı öldürüldü29-12-2016, 09:51 |
Ağdaş rayonunda qətl hadisəsi törədilib. “AzerTaym.az”-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb. Adı hələ ki, məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.
Geri qayıt |