Əsas Səhifə > Ana səhifə > Bu gün şəhid olan hərbçimiz kimdir?
Bu gün şəhid olan hərbçimiz kimdir?11-05-2023, 15:48 |
Bu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu əslən Ağstafa rayonundandır. 1988-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. Yaxınlarının verdiyi məlumata görə, 35 yaşlı hərbçi subay olub. Onun 1 qardaşı, 2 bacısı var. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Geri qayıt |